Yüksək Liqada sonuncu tur bu tarixdə keçiriləcək - FOTO

Yüksək Liqada sonuncu tur bu tarixdə keçiriləcək - FOTO

Hazırda oxunan: Yüksək Liqada sonuncu tur bu tarixdə keçiriləcək - FOTO
125096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında əsas mərhələnin sonuncu tur oyunlarının vaxtı dəqiqləşib. 

Bizim.Media xəbər verir ki, dörd dövrədən və pley-off mərhələsindən ibarət olan çempionatların son turu martın 14-15-də keçiriləcək. 

Martın 14-də qadın voleybolçuların Yüksək Liqasının XII turunda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə  UNEC-lə qarşılaşacaq.

Martın 15-də kişi voleybolçuların Yüksək Liqasında sonuncu tur çərçivəsində MOİK-lə “Neftçi”, “Xarı bülbül”lə isə “Murov” üz-üzə gələcək. 

Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Yüksək Liqa (qadınlar)

16:00 “Abşeron” - “Murov” (CBC sport-canlı)

18:00 “Azərreyl” - UNEC

Yüksək Liqa (kişilər)

16:00 MOİK - “Neftçi”

18:00 “Xarı bülbül” - “Murov”

Oyunlar Voleybol Mərkəzində keçiriləcək, giriş sərbəstdir.

Yüksək Liqada sonuncu tur bu tarixdə keçiriləcək - FOTO - foto 1

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO