
- A-
- A
- A+
İdman
21:58 / 09.03.2023
1 dəq oxunma
Rusiya millisi İraqla yoldaşlıq oyunu keçirəcək
Hazırda oxunan: Rusiya millisi İraqla yoldaşlıq oyunu keçirəcək
124678
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Futbol üzrə Rusiya milli komandası İraq yığması ilə yoxlama oyunu keçirəcək.
Bizim.Media xəbər verir ki, bu məlumatı İraq milli futbol komandasının sözçüsü Məhəmməd İmad açıqlayıb.
Onun sözlərinə görə, martın 26-da Sankt-Peterburqda, “Qazprom Arena” stadionunda Rusiya millisi ilə yoldaşlıq oyunu keçiriləcək. Valeri Karpinin baş məşqçilik etdiyi komanda martda İran yığması ilə də qarşılaşacaq.
Görüş martın 23-də Tehranda baş tutacaq.
Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Komanda DÇ-2022-ni də buraxıb. Həmçinin Rusiya millisi AÇ-2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün






























































































