Çempionlar Liqasında daha iki komanda 1/4 finala yüksəldi

Çempionlar Liqasında daha iki komanda 1/4 finala yüksəldi

Hazırda oxunan: Çempionlar Liqasında daha iki komanda 1/4 finala yüksəldi
124497
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, bununla 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

Gecənin ən maraq doğuran matçı Almaniyada baş tutub. Fransadakı ilk görüşdə PSJ-yə qalib gələn "Bavariya" bu dəfə rəqibini Münhendə 2:0 hesabı ilə məğlub edib və 1/4 finala yùksəlib.

Digər görüşdə isə İtaliya "Milan"ı İngiltərədə "Tottenhem"lə münasibətlərinə aydınlıq gətirib. Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanan "rossonyerlər" səfərdə qolsuz heç-heçəyə nail olaraq, adını növbəti mərhələyə yazdırıb.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 mart

00:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) - 2:0

Qollar: Erik Çupo-Motinq, 61. Serj Qnabri, 89

Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 1:0
"Münhen Futbol Arenası".

00:00. "Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya) - 0:0

Baş hakim: Klemen Türpin (Fransa)
Qırmızı vərəqə: Kristia. Romero, 77 ("Tottenhem")
İlk oyun - 0:1
London, "Tottenhem Hotspur" stadionu.

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" komandaları 1/4 finala adlayıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO