“Ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” – Macar nazir

“Ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” – Macar nazir

Hazırda oxunan: “Ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” – Macar nazir
124016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, sülhə və danışıqlara alternativ görmür.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Qəbula görə minnətdarlığını ifadə edən Marton Nad martın 5-də Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib.

Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğulayıb. Marton Nad Prezident İlham Əliyevin Macarıstana səfərinin yüksək səviyyədə həyata keçirildiyini və münasibətlərimizin inkişafı baxımından böyük önəm daşıdığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO