"Murov" yenə "Xarı Bülbül"ə qalib gəldi - FOTO 

Hazırda oxunan: "Murov" yenə "Xarı Bülbül"ə qalib gəldi - FOTO 
122018
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının III dövrəsində iki oyun keçirilib.  

Bizim.Media xəbər verir ki, 9-cu tur çərçivəsində “Murov” “Xarı bülbül”lə, “Neftçi” MOİK-lə üz-üzə gəlib.  

Voleybol Mərkəzində təşkil olunan turun ilk matçı “Murov”la “Xarı bülbül” arasında olub.

Qarşılaşma “Murov”un 25:16 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:22 və 25:21 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası matçı qələbə ilə yekunlaşdırıb - 3:0. IX turun son matçı “Neftçi” və MOİK komandaları arasında keçirilib. Görüş “Neftçi”nin 25:23 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin yetirmələri 25:18 hesabı ilə qalib gəliblər. Üçüncü və dördüncü setlərdə isə yenidən Pərviz Səmədovun komandası 25:13 və 25:23 hesabı ilə qələbə qazanıb - 3:1.  
Beləliklə, IX turdan sonra “Murov” 23 xalla turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.  

IX tur “Murov” - “Xarı bülbül” 3:0 (25:16, 25:22, 25:21)  

“Neftçi” - MOİK 3:1 (25:23, 18:25, 25:13, 25:23) 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO