“Real Madrid” “Liverpul”a, “Napoli” “Ayntraxt”a qalib gəldi

“Real Madrid” “Liverpul”a, “Napoli” “Ayntraxt”a qalib gəldi

Hazırda oxunan: “Real Madrid” “Liverpul”a, “Napoli” “Ayntraxt”a qalib gəldi
121826
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Hər iki görüşdə qonaqlar qələbə qazanıblar.

Bizim.Media xəbər verir ki, gecənin mühüm qarşılaşması İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i arasında baş tutub. "Kral klubu" çətin səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.

Digər matçda isə ÇL-in iddialı komandalarından İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”ın qapısından 2 cavabsız top keçirib. 36-cı dəqiqədə Neapol təmsilçisindən Xviça Kvaratsxeliya penaltini dəqiq yerinə yetirə bilməyib. 58-ci dəqiqədə isə meydan sahiblərindən Rendal Kolo-Muani qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Xatırladaq ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransa PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO