"Murov"dan növbəti qələbə - FOTO

Hazırda oxunan: "Murov"dan növbəti qələbə - FOTO
117056
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bizim.Media xəbər verir ki, bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.  

Voleybol Mərkəzində təşkil olunan III turun son matçında “Murov” və “Xarı bülbül”lə qarşılaşıb.  

Görüş “Murov”un üstünlüyü ilə keçib. İlk hissədə 25:11 hesabı ilə qələbə qazanan Fərid Cəlalovun komandası sonrakı setləri də qalib başa vurub - 25:18, 25:17.  

Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 9-a çatdıran “Murov” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Neftçi” 3 xalla 2-ci, set fərqində “Neftçi”dən geri qalan “Xarı bülbül” 3 xalla üçüncü, MOİK isə sonuncu pilləni tutur.  
Bununla da I dövrədən yalnız bir matç keçirilməmiş qalır. II turdan təxirə salınmış "Xarıbülbül" - "Neftçi" qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək. 27 yanvar Yüksək Liqa (kişilər) III tur “Murov” - “Xarı bülbül” 3:0 (25:11, 25:18, 25:17)


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO