G7 ölkələrinin xarici işlər nazirləri görüşəcək - RUSİYAYA təzyiq göstəriləcək

G7 ölkələrinin xarici işlər nazirləri görüşəcək - RUSİYAYA təzyiq göstəriləcək

Hazırda oxunan: G7 ölkələrinin xarici işlər nazirləri görüşəcək - RUSİYAYA təzyiq göstəriləcək

116045

G7 ölkələrinin xarici işlər nazirləri fevralda Rusiya-Ukrayna müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində birlik əlaməti olaraq birgə iclas keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Japan Today” nəşrinə istinadla məlumat yayıb.

Diplomatik mənbələrdən verilən məlumata görə, G7-nin yüksək səviyyəli diplomatlarının 2023-cü ildə ilk görüşü fevralın 17-dən 19-dək keçiriləcək illik Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi iclasa sədrlik edəcək. Gözlənilir ki, planlaşdırılan görüşdə xarici işlər orqanları rəhbərləri təcavüzü dayandırmaq və Ukraynaya dəstək vermək üçün Rusiyaya təzyiq göstərməkdə həmrəyliklərini bir daha təsdiq edəcəklər.

Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın, eləcə də Avropa İttifaqının xarici işlər nazirlərinin də qanunun aliliyinə əsaslanan beynəlxalq asayişin qorunmasının vacibliyini bir daha təsdiqləmələri gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO