Vardanyan ÇIXILMAZ DURUMDA – “Aksiyanı davam etdirməklə buna da nail olacağıq”

Hazırda oxunan: Vardanyan ÇIXILMAZ DURUMDA – “Aksiyanı davam etdirməklə buna da nail olacağıq”

115233

“Azərbaycan ekoaktivistləri tərəfindən təşkil olunan humanitar yönümlü aksiya artıq lazım olan nəticələri verir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Politoloq qeyd edib ki, Azərbaycana məxsus olan təbii ehtiyatların talanması halları dayanıb:

“Düzdür, bu gün hələ ki Azərbaycanın nümayəndə heyəti əraziyə daxil ola bilmir, lakin aksiyanı davam etdirməklə buna da nail olacağıq. Aksiyanın ermənilərə, xüsusilə də, qondarma quruma vurduğu zərbə siyasidir.
Belə ki, aksiya başlanan gündən Xankəndi və ətaf ərazidəki ermənilərin İrəvanla əlaqəsi tam kəsilib. Arzuolunmayan yüklərin və şəxslərin əraziyə keçməsi tam məhdudlaşıb. Qanunsuz olaraq silah və başqa vasitələrin əraziyə keçidi artıq mümkün deyil. Bu Azərbaycanın humanitar aksiya ilə erməni və onların havadarlarının regiondakı stabilliyi pozmaq istəklərinə qarşı cavabıdır.

Rusiya tərəfindən bölgəyə göndərilən özünü psevdo qəhrəman kimi təqdim edən Vardanyanın da manevr imkanları bu aksiya vasitəsilə məhdudlaşıb.
Azərbaycana qarşı bir müddət hədə-qorxu dili ilə danışan Vardanyan artıq özü çıxılmaz vəziyyətə düşüb. İnsanları zorlə əsarətdə saxlamaq, məcburi şəkildə mitinqə çıxarmaq cəhdləri artıq Vardanyanın özün qarşı bir silaha çevrilib. Erməni KİV total şəkildə Vardanyanın ərazini tərk etməsini təkidlə bildirirlər”.

Amid Əliyev “Base Metals” şirkətinin texnika və infrastrukturunun demontaj edilməsi xəbərlərinin Qarabağda yaşayan ermənilər üçün hansı neqativ nəticələri doğuracağını da qeyd edib:

“Birincisi, qondarma qurumun əsas büdcəsi məhz bu şirkətin qanunsuz fəaliyyəti hesabına təşkil olunurdu ki, bu artıq əldən çıxdı. İqtisadi rıçaqların zəifləməsilə Vardanyan və onun təhrik edən dairələrin planları alt-üst oldu.

İkincisi, orada işləyən ermənilər öz işlərini itirdilər. Bu isə onsuz da ağır vəziyyətdə olan ermənilərə daha ağır zərbə oldu.
Ümumilikdə, aksiya erməni işbazlarına və müvafiq siyasi dairələrə bölgədə kimin söz sahibi olduğunu bir daha göstərdi. Bu, Azərbaycan ictimai fəallarının və dövlətinin birgə qələbəsi kimi qiymətləndirilə bilər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO