Xankəndidə daha bir sensasiya: Köçəryanın sağ əli xarici işlər naziri təyin olunacaq

Xankəndidə daha bir sensasiya: Köçəryanın sağ əli xarici işlər naziri təyin olunacaq

Hazırda oxunan: Xankəndidə daha bir sensasiya: Köçəryanın sağ əli xarici işlər naziri təyin olunacaq

105873

Xankəndidəki Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında separatçı “Arsax” hökuməti növbəti sensasion qərarını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb.

Mənbə yazır ki, tanınmış erməni diplomat, Ermənistanın keçmiş xarici işlər naziri, Robert Köçəryan hökumətinin aparıcı məmurlarından biri Vardan Oskanyan Qarabağdakı qondarma rejimin yeni “xarici işlər naziri” olacaq.

Qeyd edək ki, bu gün qondarma “Arsax”ın “xarici işlər naziri” David Babayan vəzifəsindən azad edilib.

Xatırladaq ki, Vardan Oskanyan uzun illər Ermənistanın xarici işlər naziri kimi Qarabağ nizamlanmasında fəal iştirak edib. O, həmişə mürtəce mövqedə dayanıb  və ikinci erməni dövlətinin elan edilməsinə çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO