YAP-ın 30 illiyində iştirak edən MÜXALİFƏT - Partiya rəhbərlərinin SİYAHISI

YAP-ın 30 illiyində iştirak edən MÜXALİFƏT - Partiya rəhbərlərinin SİYAHISI

Hazırda oxunan: YAP-ın 30 illiyində iştirak edən MÜXALİFƏT - Partiya rəhbərlərinin SİYAHISI

105473

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ili tamam olur. Yubiley yaşı münasibətilə Heydər Əliyev mərkəzində tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirə bir sıra jurnalist və ziyalılarla yanaşı, siyasilər də dəvət alıb.

Xüsusilə də, müxalifət partiyalarının sədrlərinin tədbirdə iştirakı diqqət çəkib.

Belə ki, YAP-ın 30 illiyilə bağlı tədbirdə iştirak edən müxalifət partiyalarının sədrlərinin bəzilərini təqdim edir:

- Sabir Rüstəmxanlı – Vətəndaş Həmrəyliyi Partiyasının sədri.

- Qüdrət Həsənquliyev – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri.

- İqbal Ağazadə - Ümid Partiyasının sədri.  

- Fazil Mustafa – Böyük Quruluş Partiyasının sədri.

- İlqar Məmmədov - Respublikaçı Alternativ Partiyasının sədri.

- Əli İnsanov – Haqq-Ədalət Partiyasının sədri. 

- Tural Abbaslı - Ağ Partiyanın başqanı.

- Sərdar Cəlaloğlu – Azərbaycan Demokrat Partiyasının sədri.

- Hafiz Hacıyev – Müasir Müsavat Partiyasının sədri.

- Sabir Hacıyev – Vətəndaş Birliyi Partiyasının sədri.

- Tahir Kərimli – Vəhdət Partiyasının sədri.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO