Ermənistanda rüşvət alan 4 hərbçi saxlanıldı

Ermənistanda rüşvət alan 4 hərbçi saxlanıldı

Hazırda oxunan: Ermənistanda rüşvət alan 4 hərbçi saxlanıldı

104656

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işləri çərçivəsində müəyyən edilib ki, V.A. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri vəzifəsini tutarkən öz vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Komitənin mətbuat xidməti yayıb.

İlkin araşdırma zamanı məlum olub ki, N saylı hərbi hissəsinin müvafiq xidmətinin rəisi V.S. öyrənib ki, tağım komandiri T.Ç. başqa vəzifəyə təyin olunmaq üçün  1500 ABŞ dolları məbləğində rüşvət vermək istəyir.

O, bu barədə həmin hərbi hissənin komandiri, yaxın dostu V.A.-ya məlumat verib. O da öz növbəsində rüşvət müqabilində T.Ç.-nin vəzifəyə təyin olunması üçün rəisinə vəsatət verməyə razılaşıb.

Nəticədə bu işlə əlaqəli 4 hərbçi tutulub. V.A. barəsində isə həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO