Ermənistanda ehtiyatda olan hərbçi həbs edildi - Dövlətə xəyanət edib

Ermənistanda ehtiyatda olan hərbçi həbs edildi - Dövlətə xəyanət edib

Hazırda oxunan: Ermənistanda ehtiyatda olan hərbçi həbs edildi - Dövlətə xəyanət edib
104405
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyatı dövlətə xəyanətlə bağlı informasiya yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat erməni mətbuatında yer alıb.

Mənbə yazır ki, 2021-ci ilin avqust-noyabr aylarında Ermənistan Müdafiə Nazirliyinin üç aylıq təlim-məşq toplanışına çağırılan və bununla da dövlət və rəsmi sirləri ehtiva edən məlumatlarla tanış olmaq üçün qısamüddətli imkan əldə edən Ermənistan vətəndaşı “Facebook” sosial şəbəkəsi vasitəsilə xarici kəşfiyyat xidmətinin əməkdaşı tərəfindən işə (zaverbovka) götürülüb.

Ehtiyatda olan hərbçi “WhatsApp” vasitəsilə ona həvalə edilən döyüş mövqeyi barədə məlumatı xüsusi xidmət orqanının nümayəndəsinə mobil telefonu ilə ötürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO