Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Hazırda oxunan: Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO
591452
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, ikinci Qarabağ müharibəsi veteranı Haqverdi Dadaşovun qızının toyu olub.

Bizim.Media xəbər verir ki,  H.Dadaşov övladının xeyir işindəki təsirli çıxışı ilə yadda qalıb.

O, hərbçi həyatı yaşadığı üçün övladı ilə bağlı arzularını yazıya almağa məcbur qaldığını deyib:
 

“Hərbçi olduğumuz üçün tapşırıqlarımız olur. Həmişə deyirik, Vətən sağ olsun! 8 fevral 2003-cü ildə yazdığım vəsiyyətnaməni oxuyuram. Xanımıma yazmışdım ki, qızımız olacaq, ola bilərdi ki, biz gəlməyə bilərdik. Qızımın adını Aysun qoyarsınız. Şükürlər olsun ki, yazdığımız vəsiyyətnaməni Allah bizə gerçəkliklə qismət etdi”.


Qeyd edək ki, H. Dadaşov Vətən Müharibəsində torpaqların işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərib.

Şanlı qələbədən sonra, 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO