Mafiya qurbanı günahsız günahkarlar

Mafiya qurbanı günahsız günahkarlar

Hazırda oxunan: Mafiya qurbanı günahsız günahkarlar

98987
7 oktyabr saat 12:00 da Bakı Uşaq Teatrının müvəqqəti yerləşdiyi məkanda - Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında ( Aura şadlıq sarayının yanı) böyüklər üçün olan “Günahsız günahkarlar”x9d tamaşası nümayiş olunacaq.

Teatrdan Moderator.az-a verilən məlumata görə, müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr olunan tamaşa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.

Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rÓ™qslÓ™rin quruluşçusu Könül Şahbazovadır.

Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO