Nizami Gəncəvi özbək mətbuatında

Nizami Gəncəvi özbək mətbuatında

Hazırda oxunan: Nizami Gəncəvi özbək mətbuatında

94438
Özbəkistanın “uchildiz.uz”x9d portalında azərbaycanlı alim Cabbar Məmmədovun şair Nizami Gəncəvi haqqında məqaləsi dərc olunub.
 
Axar.az xəbər verir ki, materialda şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. “Xəmsə”x9dnin dünya mədəniyyətinin inciləri sırasına düşdüyü, şairin əsərlərinə Azərbaycan, türk, fars, ərəb, özbək və digər dillərdə yüzdən artıq nəzirə yazıldığı qeyd olunub.
 
Məqalədə həmçinin Nizami Gəncəvi yaradıcılığının ancaq Şərqin deyil, həm də Qərb dünyasının sərvəti olduğu, Nizaminin əsərlərinə çəkilmiş illüstrasiyaların Londondakı “Britaniya”x9d, Parisdəki “Luvr”x9d muzeylərində, İstanbuldakı “Topqapı”x9d, Moskvadakı “Tretyakov”x9d qalereyalarında və digər yerlərdə saxlanıldığı vurğulanıb.
 
Yazıda tarixi faktlara əsaslanaraq Nizami Gəncəvinin doğulduğu və yaşadığı yer haqqında araşdırma da yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO