Ayaz Salayev yeni şuraya sədr seçildi

Hazırda oxunan: Ayaz Salayev yeni şuraya sədr seçildi

75907

Dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.  

Bizim.Media xəbər verir ki, 5 nəfərdən ibarət Şuraya sədrlik kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.  

Şuranın üzvləri aktrisa, Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır.  

Şuranın məsul katibi isə Leyla Vəzirzadədir.  

Şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir. Bu müddətdə Kinostudiyada həyata keçiriləcək müsabiqələr Ekspert Şurasının üzvlərinin qərarı ilə nəticələnəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO