Venesiya Beynəlxalq Kino Festivalının son günündə kinorejissor İlya Xrjanovski bir neçə il əvvəl çəkdiyi «Dau» art-layihəsinə görə «Ən yaxşı rejissor» nominasiyasında «Gümüş Şir» mükafatına layiq görülüb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Xatırladaq ki, ssenari sovet fiziki, Nobel mükafatı laureatı Lev Landaunun həyat yoldaşı Konkordia Drobantsevanın memuarlarına əsaslanır. Çəkilişlərin əksər hissəsi Xarkovda aparılıb, ayrı-ayrı epizodlar isə Bakı, London, Kopenhagen, Moskva və Sankt-Peterburqda çəkilib.
Rusiya hakimiyyəti tərəfindən «xarici agent» elan edilən və Rusiya vətəndaşlığından imtina edən (Almaniya, Böyük Britaniya və İsrail pasportlarına sahib olan) rejissor mükafatını Xarkov sakinlərinə və Ukrayna xalqına həsr edib: «Bu mükafatı azadlıq, sülh və qələbə uğrunda bu dəhşətli müharibədə vuruşan xarkovlulara və ukraynalılara həsr etmək istəyirəm», — deyə Xrjanovski bildirib.
Lev Landau kimdir?
XX əsrin ən böyük fiziklərindən biri olan Lev Landau 1908-ci ildə Bakıda neft mühəndisi ailəsində anadan olub. O, maye heliumun xüsusiyyətləri başda olmaqla, kondensə olunmuş mühitlər nəzəriyyəsindəki təməlqoyma tədqiqatlarına görə fizika üzrə Nobel mükafatına layiq görülüb.
Bizim.Media


































































































