Sənətsevərlər İçərişəhərdə bir araya GƏLDİ – Tahir Şıxəliyevin fərdi sərgisindən VİDEOREPORTAJ

Sənətsevərlər İçərişəhərdə bir araya GƏLDİ – Tahir Şıxəliyevin fərdi sərgisindən VİDEOREPORTAJ

Hazırda oxunan: Sənətsevərlər İçərişəhərdə bir araya GƏLDİ – Tahir Şıxəliyevin fərdi sərgisindən VİDEOREPORTAJ

608687

Aprelin 21-i Bakıda Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Tahir Şıxəliyevin fərdi sərgisi keçirilib.

Bizim.Media xəbər verir ki, Vəcihə Səmədova adına sərgi salonuna toplaşan sənətsevərlər rəngkarlıq və qrafika janrlarında nümayiş edilən 70-dən çox rəsm əsəri ilə tanış olublar.
 

Sərginin açılışında çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sədri Rüfət Mahmud, Xalq yazıçısı Natiq Rəsulzadə, şair Əkbər Qoşalı, eləcə də rəssamın sənət dostları çıxış edərək vurğulayıblar ki, müasir Azərbaycan təsviri sənətində öz dəst-xətti, baxış bucağı olan Tahir Şıxəliyevin əsərlərinin öz dili və fəlsəfəsi var.


Çıxış edənlər Tahir Şıxəliyevin yaradıcılığında rənglərin estetikikası ilə yanaşı, həm də simvolik mahiyyət daşıyan bədii dünyasından bəhs ediblər. Daha sonra qonaqlar həm qrafik, həm də rəngkarlıq üslubunda bir-birindən maraqlı rəsm əsərlərini seyr ediblər.

Bizim.Media-ya təəssüratını bölüşən sənətsevərlər bildiriblər ki, çox fərqli üslubda çəkilmiş bu əsərlərdə maskalı obrazlar, müxtəlif insan siluetləri reallığın fırça ilə ifadəsidir. Bu əsərlər insanın daxili dünyasına işıq salır. Zəngin təxəyyülü olan rəssamın əl işləri sirli, eyni zamanda xəyali dünyaya açılan pəncərədir.
 

Rəssam əsərlərindən bəhs edərkən onların necə ərsəyə gəlməsindən danışıb. Əsasən Bakı, İçərişəhər mövzusunun üstünlük təşkil etdiyi bu rəsm əsərlərində doğma Bakının mühiti, musiqisi, əhval-ruhiyyəsinin yaratdığı emosiyalardan ilhamlandığını deyib. Həm rəngkarlıqda, həm də qrafikada çalışarkən fərqli olmaq, özünəməxsus dünya yaratmaq prinsipinə hər zaman sadiq qaldığını vurğulayıb.


Qeyd edək ki, tədbir Azərbaycan Rəssamlar İttifaqı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Rəsm Qalereyası və HüsnArt Təsviri Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.


Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO