Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO

Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO

Hazırda oxunan: Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO
602048
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda dekorativ sənət növləri qədim zamanlardan müasir dövrümüzə qədər həmişə diqqət mərkəzində olub. Həm göz oxşayan, həm də gəlirli sənət sahəsi sayılan dekporativ əl işləri Şərqin artıq kök salmış sənət sahələrindəndir. Amma bir növü də var ki, ancaq Azərbaycanda yaradılıb və sənətsevərlərin marağını çəkib. Bu, taxta üzərində mis naqillərlərlə oymalardır.
 

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində Əsasən qoz ağacından, eləcə də digər ağac növlərindən hazırlanmış çərçivələr, taxta vazalar, digər aksessuarlar üçün haşiyələr üzərində misdən həndəsi, nəbati ornamentlərlə işlənilir.


Naxışlar müasir üsullarla taxtaoyma sənəti nümunələrinə tətbiq edilir və nəticədə yeni dizaynlı məhsullar meydana çıxır. Mərkəzdə həmçinin keramika, batika, zərgərlik, rəngkarlıq növləri üzrə də sənətkarlıq nümunələrinin hazırlanır. Burada qədim prinsiplərlə çağdaş dövr arasında vəhdətin qorunması əsas meyardır.

Hazırlanan bütün sənətkarlıq nümunələri üçün təbii boyalar, ənənəvi üsullar istifadə olunur və bədii tərtibatlar mərkəzin dizaynerlər qrupu tərəfindən hazırlanır. Hər bir məhsulun dizaynı, hazırlanması ümumilikdə bir neçə ay davam edir.
 

Bədii tərtibat üçün Azərbaycan ərazisində mövcud olan qədim dövr və orta əsrlərə aid memarlıq abidələrinin, dekorativ tətbiqi sənət nümunələrinin bədii xüsusiyyətləri nəzərə alınır.


Bu günə qədər ölkənin və onun bölgələrinin şanlı tarixinin müxtəlif dövrlərini əhatə edən sənətkarlıq nümunələrinə Şirvanşahlar dövrü, Naxçıvan, Qarabağ və Şəki Xan Sarayının ornamentləri daxil edilib.

Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO - foto 1
Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO - foto 2
Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO - foto 3
Yalnız Azərbaycanda olan SƏNƏT NÖVÜ – Turistlər İçərişəhərə bunun üçün gəlir – FOTO - foto 4

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO