"Sultan Süleyman" 15 il sonra "Hürrem"inə qovuşur

"Sultan Süleyman" 15 il sonra "Hürrem"inə qovuşur

Hazırda oxunan: "Sultan Süleyman" 15 il sonra "Hürrem"inə qovuşur
600876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə və həmçinin dünya ekranlarında məşhurluq qazanan "Möhtəşəm yüz il" serialından 15 il sonra iki uğurlu aktyor - Halit Ergenç (Sultan Süleyman) və Meryem Üzerli (Hürrem Sultan) kino dünyasında yenidən bir araya gələcəklər.

Bu barədə Bizim.Media "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Halit Ergenç və Meryem Üzerli "İmrozda bahar" adlı filmdə rol almağa hazırlaşırlar.

"Sky Films" şirkəti tərəfindən istehsal olunan "İmrozda bahar" filminin artıq hazırlıqlarına başlanılıb. Filmdə adada yolları kəsişən iki fərqli həyat hekayəsindən bəhs edilir. Layihə hər iki sənətçinin karyeralarında əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir.
 

Qeyd edilir ki, Halit Ergenç və Meryem Üzerlinin uzun illərdən sonra eyni film layihəsində yenidən bir araya gəlməsi filmi, həmçinin kinematoqrafik bir qarşılaşmaya çevirir.


Filmin çəkilişlərinə tezliklə başlanılması planlaşdırılır və artıq kino dünyasında böyük maraqla gözlənilir. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO