Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR

Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR

Hazırda oxunan: Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR
592743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspozisiyanın açılışı baş tutub. 

Bizim.Media xəbər verir ki, ekspozisiya XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətində mühüm mərhələ təşkil edən nonkonformist sənət hərəkatının aparıcı nümayəndələrinin yaradıcılığına həsr olunub.
 

Layihə bp və onun Azəri–Çıraq–Günəşli, Bakı–Tbilisi–Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə tərəfdaşlarının dəstəyi ilə “Greentech Solutions” MMC tərəfindən icra olunub.


Layihə çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində nonkonformist rəssamların əsərlərinin nümayişi üçün nəzərdə tutulmuş sərgi zallarında əsaslı təmir, dizayn və texniki modernləşmə işləri həyata keçirilib. Yenilənmə prosesi müasir muzey ekspozisiya prinsiplərinə uyğun şəkildə aparılaraq zalların həm estetik, həm də funksional imkanlarını əhəmiyyətli dərəcədə artırıb, sənət nümunələrinin beynəlxalq muzey standartlarına uyğun qorunmasına və nümayişinə əlverişli şərait yaradıb. 

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında nonkonformist istiqamətin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfov kimi görkəmli sənətkarların əsərləri xüsusi yer tutur. Uzun müddət bu rəssamların yaradıcılığı muzeydə məhdud xarakterli ekspozisiyada nümayiş etdirilib.

Yeni daimi ekspozisiya onların çoxşaxəli bədii irsinin sistemli şəkildə və müasir muzey standartlarına uyğun formada ictimaiyyətə təqdim olunmasını təmin edib.

Açılış mərasimində bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış ediblər. Çıxışlarda XX əsrin 60-cı illərində formalaşmış nonkonformizm hərəkatının Azərbaycan təsviri sənətində estetik düşüncənin yenilənməsində və fərdi yaradıcılıq azadlığının bərqərar olmasında oynadığı mühüm rol xüsusi vurğulanıb, bu irsin qorunub saxlanılmasının və geniş auditoriyaya təqdim edilməsinin əhəmiyyəti qeyd edilib. 

Tədbirin bədii hissəsində Xalq artisti, vokalçı Fidan Hacıyeva və pianoçu Şahin Yəhyazadə dünya klassik musiqisinin seçmə nümunələrini ifa ediblər.

Sonra qonaqlar ekspozisiya ilə tanış olublar.

Qeyd edək ki, “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı daimi ekspozisiya hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin ziyarətçiləri üçün açıqdır.

Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 1
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 2
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 3
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 4
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 5
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 6
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 7
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 8
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 9
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 10
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 11
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 12
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 13
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 14
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 15
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 16
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 17
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 18
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 19
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 20
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 21
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 22
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 23
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 24
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 25
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 26
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 27
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 28
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 29
Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR - foto 30
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO