Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır

Hazırda oxunan: Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır
585426
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 14-dən 20-dək Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
 

Bildirib ki, bu münasibətlə qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.


Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş geniş konsert proqramı keçiriləcək.

Dekabrın 15-də Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası gerçəkləşəcək.

Mədəniyyət günləri çərçivəsində "Navruz" rəqs ansamblı, Özbəkistan Dövlət Simfonik Orkestrinin konsert proqramları təşkil ediləcək.
 

Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkə tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək.


Eyni zamanda, Bakıda Özbəkistan nümayəndə heyətinin üzvləri üçün mədəni proqram da təşkil olunacaq.

Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
 

Qeyd edək ki, Azərbaycan və özbək xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir.


Bu gün iki ölkə arasında siyasi münasibətlər dövlət başçılarımızın uzaqgörən siyasəti və şəxsi dostluqları sayəsində müttəfiqlik zirvəsinə yüksəlib.

Hazırda qardaş ölkələrimiz arasında mədəni əməkdaşlıq əlaqələri də özünün intibah çağını yaşayır.

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO