Azərbaycanla Özbəkistanın birgə istehsalı olan filmin premyerası oldu - FOTO

Azərbaycanla Özbəkistanın birgə istehsalı olan filmin premyerası oldu - FOTO

Hazırda oxunan: Azərbaycanla Özbəkistanın birgə istehsalı olan filmin premyerası oldu - FOTO
584333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 7-də Nizami Kino Mərkəzində Türk Animasiya Assosiasiyasının (ATA) təşkil etdiyi ATA Festivalı çərçivəsində “Yer və Ay” filminin premyerası keçirilib.

Azərbaycan Animasiya Assosiasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bu film Özbəkistan və Azərbaycanın ilk beynəlxalq birgə istehsalıdır.

“Yer və Ay” filmi Özbəkistanın “DIP Animation” və Azərbaycanın “PERİ FİLM” studiyaları tərəfindən hazırlanıb.

Layihə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), “DIP Animation” və “ANİMAFİLM Studio”nun maliyyə və texniki dəstəyi ilə istehsal edilib. Filmin süjet xəttində Yer və Ay əbədiyyət oyunu oynayan iki dost kimi təsvir olunub. Lakin bəşəriyyətin yaranması bu oyunu onların arasında həyat uğrunda mübarizəyə çevirir.
 

Premyeradan sonra filmin yaradıcı heyəti - rejissor və prodüser Pavel Kim (Özbəkistan), prodüser Rəşid Ağamalıyev, montajçı Emil Şiran, animator Mehriban Əliyeva və redaktor Gülşən Hüseynova tamaşaçıların suallarını cavablandırıblar.


Onlar filmin hazırlanma prosesi, ideyası və texniki həlləri barədə ətraflı məlumat veriblər.

Müzakirədə, həmçinin ATA-nın sədri və ATA Festivalının direktoru Oqtay Yusibov, eləcə də aktyor Qurban Məsimov iştirak ediblər.

Azərbaycanla Özbəkistanın birgə istehsalı olan filmin premyerası oldu - FOTO - foto 1
Azərbaycanla Özbəkistanın birgə istehsalı olan filmin premyerası oldu - FOTO - foto 2
Azərbaycanla Özbəkistanın birgə istehsalı olan filmin premyerası oldu - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO