Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olundu - FOTO

Hazırda oxunan: Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olundu - FOTO

176873

Bu gün Mədəniyyət Nazirliyində müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib.

Bizim.Media xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb.

Qeyd olunub ki, şair çağdaş poeziyamızda öz dəst-xəti ilə seçilir. Onun şeirlərinə çoxsaylı mahnılar bəstələnib və tanınmış müğənnilər tərəfindən ifa olunur.

Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini şairə təqdim edib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəziroğlu bu ordenə layiq görülüb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO