Rusiya səmasında qeyri-adi hadisə -  VİDEO

Rusiya səmasında qeyri-adi hadisə - VİDEO

Hazırda oxunan: Rusiya səmasında qeyri-adi hadisə - VİDEO

62009
Sosial şəbəkələrdə Rusiya Federasiyasının Sverdlovsk ərazisində səmada görünən böyük alovlu kürə ilə bağlı video yayılıb.

Məlumata görə, hadisə şahidləri səmada böyük sarı parıltı gördüklərini deyirlər.

Partlayışa bənzər parıltı bir neçə saniyə ərzində ətrafı işıqlandırıb. Sirli hadisə Rusiyada noyabrın 14-də olub, ancaq yalnız bu gün onun haqqında məlumat yayılıb.

Bir neçə rusiyalının çəkdiyi alovlu parıltını Rusiya Elmlər Akademiyasının meteoritlər üzrə komitə üzvü Vikto Qroxovski meteorun izləri hesab edir.

"Çox güman ki, bu, meteordur. O buludlardan yuxarıda olub. Buna görə belə qeyri-adi hadisə alındı. Bu tamamilə təhlükəli deyil, amma elm üçün çox maraqlıdır".(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO