Azərbaycanda xalq artisti adı almış ermənilər  - SİYAHI

Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHI

Hazırda oxunan: Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHI

241206

Vahid sovet dövlətinin tərkibində yaşayarkən Azərbaycan və Ermənistan müttəfiq respublikaları əməkdaşlıq etmək məcburiyyətindəydi.

xa0

Dağlıq Qarabağda sepratizmin vüsət almasına qədər iki ölkə sənətkarları qarşılıqlı səfərlər, qasrtol turları keçirirdilər. Onlar buna görə ədəbi adlar, mükafatlarla təltif olunurdular.xa0


Bu sırada Sovet Azərbaycanına gələn və “Azərbaycan SSR-in xalq artisti” fəxri adını alan erməni sənət adamları az deyil.


Moderator.az Modern.az
xa0-a istinadən “Azərbaycan SSR-in xalq artisti” fəxri adını almış erməni mənşəli incəsənət xadimlərinin siyahısını təqdim edir.

xa0

Abelyan Ovanesxa0– 1932-ci ildə Azərbaycan SSR xalq artistidir. 1865-ci il noyabrın 4-də Şamaxıda anadan olub. Uzun illər Bakı Erməni teatrında səhnə alıb. 1936-cı il iyulun 1-də Yerevanda vəfat edib.

xa0

Qriqoryan Mariya İosifovnaxa0– 1935-c ildən Azərbaycan SSR xalq artistidir. 1894-cü il iyunun 19-da anadan olub. Bakı və Tiflis teatrlarında aktisa kimi çıxış edib.

Papazyan Vaqram Homeroviçxa0- 1935-ci ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1888-ci il yanvarın 6-da İstanbul şəhərində anadan olub. Tbilisi, Bakı, İstanbul və Leninqrad (Sankt-Peterburq) şəhərlərindəki teatrlarda aktyor kimi çoxsaylı obrazlar yaradıb. 1968-ci il iyunun 5-də Leninqradda vəfat edib.

xa0

Arutunyan Xoren Oqanesoviçxa0– 1943-cü ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1891-ci ldə anadan olub. Bakı, Yerevan, Tbilisi və Gümrü teatrlarında aktyorluq edib. 1950-ci ildə vəfat edib.

Arzumanyan Arkadi Nikolayeviçxa0– 1954-cü ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1898-ci il mayın 5-də Şuşada anadan olub. Bakı, Tbilisi və Xankəndi teatrlarında aktyorluq edib. 1956-cı ildən Leninakan (Gümrü) teatrında çalışmağa başlayıb. Arkadi Arzumanyan 1985-ci ildə ölüb.

Arzumanyan Artaşes Nikolayeviçxa0– 1954-cü ildə Azərbaycan SSRİ xalq artistiydi. 1898-ci il mayın 17-də Şuşada anadan olub. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərib. Repertuarında Cəfər Cabbarlının “1905-ci ildə” əsərindəki Salamov obrazı xüsusən məşhur olub. 1985-ci ildə vəfat edib.

xa0

Arutunyan Qurgen Mixayloviçxa0– 1955-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. O, 1905-ci il iyunun 22-də Gəncə şəhərində anadan olub. Qurgen Arutunyan 1929-1949-cu illərdə Bakı Erməni teatında, 1949-1971-ci illərdə isə Xankəndi Dövlət teatrındakı tamaşalarda aktyor kimi çıxış edib. 1973-cü ildə dünyasını dəyişib.

Koqranyan Mixail Aleksandroviçxa0– 1960-cı ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1907-ci il mayın 16-da Gəncədə andan olub. Teatr aktyoru vəı rejissoru kimi Bakı və Xankəndində çalışıb. 1974-cü ildə dünyasını dəyişib.

xa0

Osepyan Nina Ovanesovnaxa0– 1962-ci ildə Azərbaycan Xalq artisti adına layiq görülüb. O 1913-cü il aprelin 14-də Bakıda anadan olub və uzun illər Xankəndi Dövlər Dram teatrının aktirsası olub. Nina Osepyan 1977-ci il noyabrın 19-da Xankəndində vəfat edib.

xa0

Petrosyan Avak Qeqamoviçxa0– 1962-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adı verilib. 1912-ci il martın 29-da Ermənistanın Abovyan rayonun Gəmrəz kəndidə doğulub. 1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olub. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun “Koroğlu” operasının ən yaxşı ifaçısı iddia edirlər.xa0


Adamov Konstantin Haykoviçxa0– 1972-ci ildə Azərbaycan SSR xalq artisi, Azərbaycan SSR Dövlət Mükafatının laureatına layiq görülüb. 1923-cü il avqustun 15-də Bakıda anadan olub. Uzun illər boyu Səməd Vurğun adına Azərbaycan Rus Dram Teartrının aparıcı aktyoru olub.
xa0

Xaçaturyan Aram İliçxa0– 1973-cü ildə Azərbaycan SSR xalq artisti fəxri mükafatına layiq görülüb. Bəstəkar kimi Aram Xaçaturyan (1903-1978) SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941,1943,1946,1950) olub, Ermənistan SSR Dövlət himnin müəllifidir (1944).

Ovçiyan Beniamin Afanasyeviçxa0– 1973-cü ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1918-ci il noyabrın 28-də andan olub. Xankəni Dram Teatrının və bır sıra filmlərin aktyoru olub. 2005-ci ildə vəfat edib.

xa0

Qevorkyan Zinavor Simonoviçxa0– 1979-cu ildə Azərbaycan SSR xalq artisti adını qazanıb. 1920-ci ildə anadan olub. 1937-cildən Xankəndi Dram teartının aktyoru, 1976-1986-cı illərdə isə teartın direktoru olub.

xa0

Alaverdyan Narui İsaakovnaxa0– 1982-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. 1941-ci ildə Xankəndində anadan olub. 1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olub. 1978-ci ildən isə “Qarabağ” estrada ansamblının solisti kimi çıxış edib. Hal-hazırda sağdır.

xa0

Narek Qriqoryanxa0- tanınmış tarzən və Azərbaycan SSR xalq artistidir. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb və sovet dövrününü bir çox aparıcı müğənnilərini müşayiət edib.

xa0

Adam Qaribyanxa0– opera müğənnisi və Azərbaycan SSR xalq artistidir. 60-70-ci illərdə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olub. Səhnədə 40-dan artıq obraz yaradıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO