
- A-
- A
- A+
Maraqlı
04:19 / 18.07.2018
2 dəq oxunma
Bu planetdəki brilliant yataqlarının sahəsi Yerdən 3 dəfə böyükdür- "Göydən" yağacaq sərvətlər
Hazırda oxunan: Bu planetdəki brilliant yataqlarının sahəsi Yerdən 3 dəfə böyükdür- "Göydən" yağacaq sərvətlər
233233
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Alimlər, astronomlar artıq yüzillərdir ki, Yerdən başqa hər hansı planetdə həyat əlamətlərini axtarmaqla məşğuldular. Lakin hətta sürət və elm əsri adlanan XXI əsrdə belə, hansısa planetdə həyati nişanələri tapmaq mümkün olmayıb. Bu istiqamətdə axtarışlar isə hələ də davam edir. Amma uzunmüddətli tədqiqatlar zamanı üzə çıxan bir reallıq da var: ayrı-ayrı planetlərdə Yer üçün, insanlıq üçün çox zəruri olan, yaşamı sürətləndirən başqa üstünlüklər də var. Başdan-ayağa qızıl və brilliant qatı ilə örtülən planetlər də var ki, onlar da yalnız son zamanlar tədqiq olunur.
Moderator.az xəbər verir ki, Yer planetinə 40 işıq ili məsafədə yerləşən "55-Cancri" adlı bir planet mövcuddur. Bu planeti xüsusi edən şey isə, indiyə qədər kəşf etdiklərimiz içində ən maraqlılarından biri olmasıdır. Yerin iki qatı böyüklüyündə olan "55-Cancri"nin üçdə biri almazdan ibarətdir. Bu brilyantların kütləsi, Yer kütləsinin üç qatı qədərdir. Yəni səth istiliyi 1650 selsiyə çatan "55-Cancri" üçün kosmosun almaz yatağı demək səhv olmaz.
Qeyd edək ki, hazırda neft uğrunda müharibələr getdiyi kimi, gələcəkdə də müharibələrin əsas səbəbi kimi şirin su ehtiyatları olacaq. Hər halda alimlər bu qənaətdədirlər. Uzaq gələcəkdə, şirin su ehtiyatı ilə yanaşı, həm də təmiz atmosfer, çirklənməmiş hava da ən çox ehtiyac duyulan vasitələr olacaq. Məhz belə məqamda böyük dünya güclərinin ayrı-ayrı planetlərdəki almazlara və başqa qiymətli metallara sahiblənməsi yeni bir mərhələnin başlanğıcı sayıla bilər.
MODERATOR.AZ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































