Türkiyənin Manisa şəhərində Məltəm Cansız uğurlu əməliyyat nəticəsində 18 ildir ki, boğazında “yaşatdığı” iynədən qurtulub. O, hələ üç yaşında ikən badamcıqlarında yaranan problem səbəbindən əməliyyat edilir. Bu zaman əməliyyatda istifadə edilən iynə unudularaq, xəstənin boğazında qalır. Beləcə, xəstə uzun müddət boğzasında qalan iynədən xəbərsiz olub. Yalnız 14 yaşında ikən iynə Məltəm Cansıza narahatlıqlar yaşatmağa başlayıb. O zaman yenidən əməliyyat edilsə də, iynəni boğazdan çıxarmaq mümkün olmayıb. Bu isə, o növbəsində gənc xanımın səhhət və psixikasına ağır zərbə vurub. Onu xilas etmək üçün əvvəllər də bir neçə dəfə cəhd göstərilsə də, heç bir səmərəsi olmayıb. Yalnız bir neçə gün öncə növbəti əməliyyatdan sonra xəstə 18 il ona əziyyət verən iynədən qurtulub.
Hazırladı: Elmin Nuri







































































































