Hitler 2-ci dünya müharibəsindən sonra Amerikada yaşayıb - Gizli MKİ sənədləri - FOTOLAR

Hitler 2-ci dünya müharibəsindən sonra Amerikada yaşayıb - Gizli MKİ sənədləri - FOTOLAR

Hazırda oxunan: Hitler 2-ci dünya müharibəsindən sonra Amerikada yaşayıb - Gizli MKİ sənədləri - FOTOLAR

191625
xa0xa0
Gizli MKİ sənədləri 1955-ci ildə Amerikalı bir cəsusun Kolumbiyada Hitler ilə görüşdüyünü və buna dair bir rəsm çəkdirdiyini iddia edir. Hitlerin intihar etdiyinin dediyi tarixdən 10 il sonraya təsadüf edən bu müsahibədən çəkilmiş şəkillər də var.

MKİ arxivlərində hələ də gizli saxlanılan bəzi sənədlərdə Nasistlərin süqutu və Hitlerin intihar etməsindən sonra Nasist liderinin etibarlı bir şəkildə qaçaraq Cənubi Amerikaya getdiyi vurğulanır. MKİ fayllarında yer alan bu məlumatlar bəzi FBI mənbələri tərəfindən də təsdiqlənir.



Sənədlər 1955-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Qərbi Yarımkürə Hissəsi tərəfindən Venesuelada yerləşən MKİ stansiyasının rəisinin "Operativ: Adolf Hitler" adlı gizli bir sənədi necə aldığını göstərir. Arxiçləşən sənədlər mənbələrdən biri Hitlerin yaşadığı və Argentinada olduğuna dair bir məlumat daşıyır.



Bununla yanaşı bu iddialar ilk dəfə ifadə edilmir. MKİ və FBI sənədlərində Hitlerin Cənubi Amerikada yaşadığına dair məlumatlar tapıldığı gizli mənbələrdən də deyilir.

PhillipCitroen Hitlerlə ünsiyyətdə olduğunu iddia edən köhnə bir SS əsgərinin Hitlerin 1955-ci ilin yanvarında Kolumbiyadan Argentinaya keçdiyini iddia etdiyini deyir. Gizli MKİ sənədləri Citroenin Adolf Hitler ilə fotoşəkilini çəkdiyini və görüntünün MKİ sənədlərində yer aldığını irəli sürür. Hitlerin çəkilən şəklin sağında olduğu güman edilir.



Məsələyə dair MKİ sənədində belə deyilir:

"Sentyabr, 1955-ci ilin ikinci yarısında Filip CITROEN qədim Alman SS əsgərinin ona Adolf Hitlerin hələ də həyatda olduğunu gizli şəkildə söylədiyini qeyd edib. Citroen Maracaibodaki NKSM Nəqliyyat Şirkətinin bir işçisinin Kolumbiyada ayda bir dəfə Hitler ilə təmasa keçdiyini iddia edib.
Uzun zaman öncə Hitlerin fotosunun çəkildiyi iddia edildi, ancaq göstərilmədi. Bundan başqa, Hitler 1955-ci ilin yanvarında Kolumbiyanı Argentina üzərindən tərk etdi. Citroen, II Dünya Müharibəsinin başa çatmasından etibarən on il keçdiyini bildirib. Müttəfiqlər artıq Hitleri müharibə günahkarı olaraq təqib etməzlər".

Citroenə görə, Tunjada yaşayan almanlar Adolf Hitleri "der fürer" kimi səciyyələndirib, onu faşist salamlıyla salamlayıblar.
xa0
Dövrün MKİ hissə rəhbərinə məsələnin ətraflı araşdırılması təklif edilsə də MKİ sənədlərin və məsələnin üstünü örtməyi üstün tutub.


Uğur
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO