"Coca-Cola"- içki, yoxsa ölüm təhlükəsi? Âxa0

Hazırda oxunan: "Coca-Cola"- içki, yoxsa ölüm təhlükəsi? Âxa0

191620

Bu günlərdə votsapda yayılmış bir mesajda çoxumuzun, əsasən də uşaqlarımızın vakeçilməz içkisi olan "Coca-Cola" barəsində həyacan təbili xarakterli bir səsli mesaj verildi. Düzdür, mesajda deyilənlərin, ümumiyyətlə bu tip mesajların həqiqəti əks etdirmədiyini, heç bir əsası olmadığını çoxumuz yaxşı bilirik. Ancaq söhbət "Coca-Cola"dan gedirsə, bu içkinin onsuz da zərərli olduğunu mütəxəssislər dəfələrlə bildiriblər. Və bunu bildiyimiz halda, həm özümüz içirik, həm də uşaqlarımıza veririk. Bəlkə də belə bir mesajın yayılmasından istifadə edib ən azından övladlarımızı "Coca-Coladan" uzaq tuta bilərik. Nə qədər ki, onlar da koladan asılı vəziyyətə düşmüş milyonlardan birinə çevrilməyiblər...xa0
xa0
Moderator.az "Coca-Cola" və onun kimi içkilərin yaratdığı asılılıq, səbəb olduğu xəstəliklər barədə bilmədiklərinizi təqdim edir:

Bir çox mənbələrdə qeyd edildiyi kimi, daha əvvəl hamiləliyin qarşısını almaq dərmanı kimi apteklərdə satılmağa başlanılan və sonra içki halına gətirilən "Coca- Cola" ilə bağlı bir çox oxşar xəbərlər var.

İçərkən dadından doymadığımız bu qazlı içki əslində bir çox xəstəliyə yol açır. Məşhur yazıçı Karen Hill "Bəsdir! Artıq pəhriz saxlamaq istəmirəm" adlı kitabında bu içkilərin səbəb olduğu 12 xəstəlik haqqında danışıb. Karen Hil insanların kolaya olan asılılığından da bəhs edib.xa0

Bəzilərimiz gündə bir-iki litrdən çox, sanki su əvəzinə kola içirik. Əvvəla, kola qorxunc bir asılılıq yaradan içkidir. Narkotiki atmaq qədər əziyyətlidir. İnsanların asanlıqla tərgitməkdə çox çətinlik çəkdiyinə toxunan Hil qeyd edib ki, tərgitmək istədikləri ilk gün dəhşətli miqren ağrıları, titrətmələr, əsəbilik və yuxusuzluq yaşayırlar. xa0Lakin iki günü keçdikdən sonra bomba kimi olurlar.

"Coca-Cola"nın səbəb olduğu 12 xəstəlik:

1- Çox kökəlmə və yağlanma
xa02- Qaraciyər zədələnməsi
xa03- Diş çürüməsi
xa04- Böyrək daşları və xroniki böyrək xəstəliyi
xa05- Asit turşusu
xa06- Sümük əriməsi
xa07- Hipertoniya
xa08- Ürək xəstəliyi
xa09- Həzm pozğunluğu
xa010- Alzheimer (yaddaş itkisi)
xa011- Xərçəng
xa012- Şəkər Xəstəliyi


Uğur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO