Mixail Şumaxer daha yeriyə bilməyəcək

Mixail Şumaxer daha yeriyə bilməyəcək

Hazırda oxunan: Mixail Şumaxer daha yeriyə bilməyəcək

169917

Əfsanəvi alman pilotu “Formula-1”x9d yarışlarının rekord sayda qalibi Mixail Şumaxerin vəkili pilotn bir daha yeriyə bilməyəcəyini açıqlayıb.

Moderator.az xəbər verir ki, Şumaxerin ailəsi onun yeridiyini iddia edən bir idman jurnalını məhkəməyə verərək, təzminat tələb edib. Buna səbəb isə yerimə bacarığı olmayan pilotun şəxsi həyatı ilə bağlı yanlış informasiyanın verilməsidir.xa0
Pilotun səhhəti ilə bağlı son məlumatlar da elə məhkəmə prosesində üzə çıxıb. “Bunte”x9d jurnalı ilə məhkəmə çəkişməsində təqdim olunan tibbi sənədlərə əsasən, Şumaxerin bir daha yeriməyəcəyi məlum olub.

Qeyd edək ki, “Formula-1”x9d yarışlarının əfsanəsi bir neçə il bundan öncə xizək sürərkən ağır qəza keçirib. İki ildən çox koma vəziyyətində qalan Şumaxer hazırda şəxsi iqamətgahında həkim nəzarəti altındadır.

Hazırladı: Elmin


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO