Elgiz Əkbər onu aşağılayaraq qovan Xalq artistindən DANIŞDI – VİDEO 

Hazırda oxunan: Elgiz Əkbər onu aşağılayaraq qovan Xalq artistindən DANIŞDI – VİDEO 

178884

“Televiziyaya yeni gəlmişdim. Gəlib, düşmüşdüm Xalq artistləri, tanınmış adamların arasına. Veriliş aparırdılar. Mən cavan oğlan, onların hamısını televiziyada görmüşəm. Onların hərəsinin ayrıca otaqları var idi. Mənim saçımı düzəltməliydilər, dəhlizdə gözləyirdim. Çünki filankəs bəzənirdi. Başını da qaldırırdı. Mən kiməsə belə şey etmişəm? Yox. Etmərəm də.” 

Bizim.Media xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu “Elgizlə izlə” ictimai- sosial verilişində deyib. 

Elgiz bildirib ki, televiziyaya yeni gəldiyi zamanlarda bir Xalq artisti onu aşağılayaraq, olduqları məkandan qovub: 

“Xalq artisti idi, adını çəkməyəcəyəm. Dəhşət idi. Mən də yeni gəlmişdim, çox pis əzdi, məni aşağıladı. Əslində, aşağılamadı, bizi qovdu. Məndən başqa bir nəfər də var idi. Nətər qışqırdı, bizi dəhlizdən qovdu.

Dedi ki, bunları buradan çıxarın! Biz də oradan qaçdıq. Oturdum, ürəyimdə dedim ki, az keçməyəcək, mənə “salam” vermək üçün fürsət axtaracaqsan. Allah ona can sağlığı versin, yaxın zamanda qonağımız olacaq. Bəlkə adını dedim. Onda hələ Xalq artisti adını almamışdı. Dedim, az keçməz, səni sevindirərəm. Üstündən bir müddət keçdi, çalışdım.
Bunun ad günü idi, siyahı yazmışdı ki, kimlər onu təbrik edəcək. Siyahıya baxdım ki, mənim adım da var. Üç nəfərin adını yazmışdı… Biri Pərviz Abubəkirov, biri mən, üçüncü də yadımdan çıxdı. Həmin gün dostlarımı yığıb bayram etdim ki, mənim qələbəmdir. Ad gününə gedib onu təbrik etdim”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO