Elza Seyidcahan: “Uşaqlar məni başıma qoyduğum meyvədən tanıyır” - VİDEO

Elza Seyidcahan: “Uşaqlar məni başıma qoyduğum meyvədən tanıyır” - VİDEO

Hazırda oxunan: Elza Seyidcahan: “Uşaqlar məni başıma qoyduğum meyvədən tanıyır” - VİDEO

101182

Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbər-ətər” günorta şousunda rol aldığı “Hozu” və “Hozu 2” filmləri ilə bağlı xatirələrini dilə gətirib. 

E.Seyidcahan bildirib ki, ekran işinin ikinci hissəsində iştirak etmək istəməyib. Amma “Hozu”nun ilk hissəsində başına meyvə ilə canlandırdığı obrazı yaddaşlarda həkk olunub.

“Mən doğrudan da ikinci seriyada çəkilmək istəmirdim. Amma gördüm ki, hara gedirəm, uşaqlar məni görüb deyirlər ki, Elza xanım siz “müğənniçi”siz. Mən sizi tanıyıram, bilirsiniz, haradan tanıyıram? Başınızda meyvə var, oradan tanıyıram. Bu uşaq mahnımı hələ bilmir, amma məni meyvədən tanıyır”. 
Qeyd edək ki, E.Seyidcahan sözügedən filmin ilk bölümündə başına meyvə qoysa da, ikinci hissəsində o başına pomidor qoyması ilə təəccübləndirib. 

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO