Türkün, talışın, kürdün, ləzginin və s. törəsində qız-gəlinini soyundurub yad kişilərə nümayiş etdirməklə pul qazanmaq ənənəsi varmı?
Milli Dəyərləri Müdafiə Nazirliyi yaratmaq lazımdır..
Yiyəsiz-yüyənsiz, abır-həyasını itirmiş arvadlar dünyada və məmləkətdə meydan sulayır... Birixa0 sərxoş halda maşına oturubxa0 onu saxlayan yol polisini hədələyir, söyür,xa0 biri şəhərin mərkəzində -xa0 gur hərəkətli körpünün üzərində saxladığı avtomobilinin üstünə çıxıb göbək rəqsi oynayır, “xalq artisti” adlananxa0 yarımçılpaq geyimli, əxlaqsız birisixa0 onu xalqın qarşısına belə görkəmdə çıxmamağa çağıran ağsaqqalxa0 xalq artistini məhkəməyə verir, digər “əməkdar artist” bığlı-saqqallı oğlu ola-olaxa0 türmədə yad bir kişi ilə görüşüb sevişir, sonra da onun həbsdən qaçışına yardım edir, başqa birisi deyir ki, Azərbaycan kişiləri fərli kişi deyil, filan ölkənin kişiləri yaxşıdır, mən istədiyim kişini yoldan çıxara bilərəm və s. və i.a.xa0 Matriarxat dövrümü başlayır? Bəlkə dəxa0 heç tarixdə qadınların, amazonkaların-filanın hökmranlığı dövrü olmayıb, bunu daxa0 başımızı aldatmaq üçün bizə sırıyırlar?..xa0
Heç də abırlı-həyalı, kişi qeyrətli qadınlarımızın bacardığı, haqq etdiyi iş başında olmasının əleyhinə deyilik. Keçmişimizdə də belələri olub, bu gün də var. Söhbət milli, dini dəyərlərimizin tapdanmasından, tamamilə yox edilmək təhlükəsindən gedir. Bunun da kökü nəfsimizə uymaqdan gəlir. Ulu baba-nənəmiz Adəmlə Həvva nə zaman libaslarını itirib lüt-üryan qaldı? Nəfslərinə uyub Cənnətdəki qadağan olunmuş meyvəni yeyəndə... İblisə arxalanan Şər qüvvələr insanların əksəriyyətinin asanlıqla nəfslərinə uyduğunu yaxşı bildiyindən bu texnologiya ilə millətləri əridib, insanları təbii inkişaf yolundan çıxardıb köləyə çevirmək yoluyla bəşər əhlinə hökmranlıq etməyə çalışırlar. Və onlar İblisin insanların əksəriyyətinin Allah yolundan çıxarıb öz ardınca Cəhənnəmə sürükləmək vədinə xidmət edirlər... Bu gün “ağsaqqal kişi” adlananlar 9 yaşındakı qız uşağını zorlayırsa,xa0 məktəblərimizdə oğlan və qızlar cinsi əlaqəyə girirsə, narkotikə qurşanırsa, bizxa0 Cəhənnəmə yox, hara gedirik?..
XIX sərin sonlarından şər güclərin əsasən Rokfellerlər sülaləsi vasitəsiləxa0 maliyyələşdirib icra etdiyi feminizm hərəkatı başlayıb. Guya qadınla kişinin hüquq bərabərliyi məsələsini əsas götürən bu hərəkatın mahiyyəti əslində kişiləri qadın gözəlliyinin, üzr istəyirəm, qadın seksualıığının əsarəti altına alaraq şəhvət kölələrinə çevirməklə dünyadakı ictimai-siyasi prosesləri yönləndirməyin daha bir məkrli mexanizmini işə salmaq idi. Bu da XX əsrin ortalarından başlanan, ayıb olmasın, “seksual inqilab”a gətirib çıxardı.xa0 Məqsəd kişilik, qadınlıq anlayışlarını,xa0 bəşəri ailə dəyərlərini yox etməkdir. Vəxa0 əslində “gender-filan” kimi Qərbdən bizə sırınan prinsiplər kişi-qadın bərabərliyinə deyil, təbii cinslər arasında yaranan balansı pozmaqla planetdə “üçüncü” cinslərin- transseksualların, homoseksualların, lezbiyanların və s. hökmranlığını təmin etməkdir. Diqqət edin: Əgər 1990-cı illərdə ABŞ, Avropaxa0 yeni müstəqillik qazanmış və ya zəif dövlətçiliyi olan, özü də əsasən müsəlman, türk ölkələrinə qadın haqlarının qorunması ilə bağlı təzyiqlər edirdisə, artıq 2000-ci illərdən bu yanaxa0 cinsiyyəti naməlum məxluqatların haqları ön plana keçirilib. Və bu gün faktiki olaraq Qərb “insan haqları”nın qorunması deyəndə öncə “mavi”lərin və 5-10 nəfər idarə olunan qondarma “müxalifət”çilərin haqlarını nəzərdə tutur. Artıq çeçenlər kimi döyüşkən, milli, İslami dəyərlərə sadiq qalmağa çalışan toplumlara da homoseksuallar vasitəsilə təzyiqlər edir, onların arasında da “mavi”lər yetişdirməyə başlayırlar...
Ölkə prezidentinin sərəncamıyla bu yaxınlardaxa0 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Mənəvi Dəyərlərin Təbliği Fonduxa0 yaradıldı. Alqışlansın! Bu günlərdə İlahiyyat institutu yaradıldı. Alqışlansın!xa0 Uğurlar olsun!xa0 Amma görək həmin qurumlar əsl milli, dini dəyərlərimizin qorunması və uşaqlara, gənc nəslə aşılanması istiqamətində üzərlərinə düşən işləri layiqincə apara biləcəkmi?..xa0
Yalnız müstəqillik illərini götürsək, 27-ci ildir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi var. Yaxşı, milli musiqimizin, muğamımızın daxildə və xaricdə təbliği istiqamətində xeyli işlər görülüb. Bu - əla. Bəs əxlaqı, geyimi, davranışıyla bu xalqın milli, dini dəyərlərinə açıq-açığına meydan oxuyanları, övladlarımıza, oğul-qızlarımıza əxlaqsız, anormal, pozğun bir həyat tərzi təlqin edən məxluqları hansı qurum əməkdar artist, xalq artisti adlarına təqdim edib? Axı biz müsəlman ölkəsində yaşayırıq? Paytaxtımızı İslam paytaxtı elan edirik. İslam oyunları keçiririk. Yaxşı, bəziləri deyir, İslam bizim din deyil, ərəblərin dinidir. O halda İslamdan da, Qurandan da uzaq durun, öz seçiminizdir. Bəs Azərbaycanda yaşayan hansı xalqın; türkünmü, kürdünmü, talışınmı, ləzgininmi, tatınmı, avarınmı törəsində lütlənib milyonlarla kişinin qarşısına çıxan qız, qadınlarıyla fəxr etmək, belə qadınların hesabına pul qazanmaq var?. Heç deyərdim ki, qeyri-müsəlman rusun, ukrayının, polyakın, yəhudinin də köklü mədəniyyətində belə bir əxlaqsız ənənə yoxdur...xa0
Kim “mavi”lərin və lütlənən qadınların hökmranlıq edəcəyi “demokratik” cəmiyyətdə yaşamağın tərəfdarıdır, əlini qaldırsın?..
Nə yazıqlar ki, on illərdir, telekanallarımız faktiki olaraq milli-mənəvi dəyərlərimizi həyasızcasına tapdayan məxluqların, bayağı, sərsəm şairələrin, “üçüncü cins” nümayəndələrinin ruporuna, təbliğat meydanınaxa0 çevrilib.xa0 Cəmiyyəti belə cin-şəyətinlərin əlindən qurtarmaq üçün nəinki Mənəvi Dəyərlər Fondu, Milli Dəyərləri Müdafiəxa0 Nazirliyi yaratmaq gərəkdir... Torpaqlarımızla paralel dəyərlərimizə də sahiblənməli, onların da keşiyində bir əsgər kimi dayanmalıyıq. Əks halda bir neçə onillikdən sonra Azərbaycan adlı məkanda yaşayan xalqın Ermənistandakı məxluqlarla heç bir mənəvi-əxlaqi fərqi qalmayacaq... Düşmənlərimizin məqsədi də elə budur.xa0 Və dərindən təhlil edəndə Qarabağın da işğalı məhz ruhi-mənəvi dəyərlərimizin itirilməsindən dinimizdən, kökümüzdən uzaqlaşıb ermənilərlə tut arağı vurmaqdan, axçilərlə eyş-işrətə uymaqdan başladı. İndi də öz qız-gəlinlərimiz də onların yoluna sürüklənir...
Sultan Laçın
































































































