Azərbaycana tuşlanan snayperlər...

Azərbaycana tuşlanan snayperlər...

Hazırda oxunan: Azərbaycana tuşlanan snayperlər...
111960
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
ABŞ Azərbaycanı sanksiyalarla hədələyir. Bəzi “demokratlar”x9d da bunu toy-bayramla qarşılayır. Azərbaycana sanksiya qərarını hazırlayan Komissiya bunu Konqresə təqdim edəcək.xa0

O Konqres ki, 1992-ci ildən “Azadlığı Müdafiə Aktı”x9dna 907-ci əlavəni qəbul edib, başımızın üstündən Domokl qılıncı kimi asıb - yəni iqtidar-müxalifət fərqi qoymadan.xa0
Zatən, ABŞ ermənilərin çörəyinə 907 adlı “yağ-bal”x9dı Elçibəy hakimiyyətdə olanda sürtdü. O zaman Azərbaycan Milli Ordusu işğalçıya qarşı uğurlu hərbi əməliyyatlar həyata keçirirdi. Əsgərlərimiz Xankəndinin 30 km-liyindəydi.xa0

İllər boyu həmin “907”x9d-nin ləğvi barədə çağırışlar, xahişlər, minnətlər oldu. Ancaq məhəl qoymadılar. Azərbaycan Qərbə neftini, qazını verdi, antiterror koalisiyasına qoşuldu, İraqa, Kosovoya, Əfqanıstana əsgərlərini göndərdi...Üstəlik, qışqıra-qışqıra qaldı ki, ay cənablar, mən on illərdir terrordan, işğaldan əziyyət çəkirəm, əhalim öz evindən didərgin düşüb, şəhərlərim, kəndlərim viran qoyulub, yetər ki, siz işğalçını öz adı ilə çağırasınız.xa0
Ancaq kimə deyirsən? Bütün bunların qarışılığında ABŞ Konqresi işğalçı Ermənistana, üstəlik, Dağlıq Qarabağda özünü “dövlət”x9d elan etmiş separatçı rejimə hər il milyonlarla dollar maliyyə yardımı ayırdı. Bu, nonses, görünməmiş ədalətsizlik idi!xa0

ABŞ Konqresi niyə “907”x9d-yə bənzər qərarı Abxaziya, Cənubi Osetiya, Dnestryanı separatçılarla bağlı qəbul etmədi, bəlkə bu suala cavab verilsin. Axı elə həm Gürcüstan, həm də Moldovadakı münaqişə ocaqları Qarabağ münaqişəsi ilə yaşıddır, hər ikisində oxşar proseslər baş verib, “KQB”x9d SSRİ xalqlarını bir-birinə qarşı qoyub imperiyanın ömrünü uzatmaq üçün ocaqlar çatdı. İndi niyə Vaşinqton Qarabağı digərlərindən fərqləndirir, Gürcüstan, ya Moldovanın ərazi bütövlüyünə BMT-də səs verdiyi halda Azərbaycana gələndə bitərəf qalır? Bunlar sadə məsələlər deyil. Bu, açıq şəkildə işğalçını himayə etməkdir.xa0

Dünyanın supergücünün bircə yumruğu bəs edərdi ki, erməni şələ-şüləsini yığışdırıb Ağdamdan, Füzulidən, Kəlbəcərdən rədd olsun. Amma yumruğu vurmadılar. Əvəzində...Azərbaycan ordusu düşmənin döyüş helikopterini Ağdam səmasında, səngərimizin üstündə vurub məhv edəndə Amerika, Avropa “ay biz narahatıq, ay qoymayın, ürəyimiz tutdu”x9d-deyə hayların səsinə elə bənzər hay-küylə reaksiya verdilər ki. Ancaq Azərbaycanın “Ermənistan əsgəri Ağdamda, Füzulidə nə edir ki, orda da ölür”x9d sualına kimsə cavab vermədi. Sabah ermənilərin kompakt yaşadığı Koliforniya ştatında ermənilər toplaşıb “Miatsum”x9d aksiyası keçirsə, bu ərazilərin qədim haylara məxsusluğunu iddia etsə, Amerika sakitmi qalacaq, qoy desinlər.xa0

Amerikadan hədə gələn gün Azərbaycan ordusu yenə şəhid verdi. Son iki gündə ikinci əsgərimizi itirdik. Düşmən bizi öz torpağımızdan vurur, başımıza mərmilər yağdırır. Ancaq Amerika rəsmisi Azərbaycana çağırış edir ki, tanklarını ön cəbhədən geri çəksin. Niyə? Bəs, onda sənin ərazi bütövlüyün tanıdığın Azərbaycanın sərhədləri haradan başlanır, bəlkə açıq deyəsiniz? Necə olur ki, gah Naxçıvan, gah Qarabağ torpaqları Amerika, ya Avropada hazırlanmış materiallarda “Ermənistanın xəritəsində”x9d verilir, bu qədər səhvmi olar? Necə olur ki, Azərbaycan bircə dəfə də bu səhvi etmir, amma kosmosdan adamların cibində nə gəzdirdiyini də dəqiqliyinə qədər aşkarlamaq qüdrətinə malik olan dünyanın süpergücündə vaxtaşırı belə “səhv”x9dlərə yol verilir?xa0

Bəli, Azərbaycanda problemlər var. Amma MTN ətrafında baş verənlər göstərdi ki, əslində problemləri yaradanlar elə xaricdən idarə olunanlar imiş və bununla onlar nəinki dövlətin və millətin maraqlarını ayaqlar altına atıblar, nəinki Qarabağın taleyini düşünüblər, hətta ölkə rəhbərliyinin etimadının qarşısında ona xəyanət ediblər. Mümkündür ki, belələri Azərbaycanın ən ağır xa0sanksiyalara məruz qoyulmasını da toy-bayramla qarşılasın, özləri yaddan çıxacaq deyə. Amma Azərbaycanla bağlı sanksiya qərarının verilməsi ümummilli maraqlarımıza ciddi zərbə olar. Kimsə məni inandırmağa çalışmasın ki, ABŞ Konqresi sanksiya qərarı verəcək, ölkəmizdə günəş doğacaq, demokratiyanın limiti artacaq, neqativlərə son qoyulacaq.xa0

Bu, iki paytaxt arasında münasibətləri bir az da gərginləşdirəcək, nəticədə Azərbaycan hakimiyyəti müsbət addımları ertələyəcək, çünki dəfələrlə bəyan edib ki, o, təzyiqlər qarşısında geri çəkilməyəcək. Üstəlik də, Azərbaycana qarşı onsuz da illərdir sanksiya tətbiq edən ”“ “907”x9d-ni sadəcə donduran və ləğv etməyən Konqres məni inandıra bilməz ki, onun bu qərarı Azərbaycan vətəndaşlarının azadlıq və demokratiya istəyindən irəli gəlir. Məşhur kinofilmdəki kimi barmağını çərtib qanını gözlərimizə sürtməsinə gərək yox, sadəcə “907”x9d-ni ləğv eləsin, Ermənistandan Qarabağı bir ay ərzində boşaltmağı tələb etsin, əgər tələbi yerinə yetirilməsə, Ermənistan haqda sanksiya qərarını versin. Əsaslar da kifayət qədər: a)qonşu dövlətin torpağını 25 ildir işğalda saxlayır; b)öz xalqına sitəm edir; v) demokratiya yoxdur, anarxiya hökm sürür...xa0

Sanksiya üçün daha nələr lazımdır? Onda deyərəm, Konqresin ədaləti varmış. Yoxsa cəmi bir ay əvvəl Ermənistana milyonlarla dollar yardım ayıran bir qurum Azərbaycana başına mərmilər yağdırılan Azərbaycanı sanksiya ilə təhdid edir...

Azərbaycan hökuməti isə bu günlərdə pozitiv addımlar atırdı: Arif və Leyla Yunus həbsdən buraxıldı. İlin sonuna siyasi məhbusları da əhatə edəcək böyük əfv gözlənilir, sahibkarlıq fəaliyyəti ilə bağlı mühüm qərarlar verilib, ASAN-laşma sürətlənib...Bu məqamda isə Qərbdən sanksiya təhdidi. O məqamda ki, Azərbaycan şimaldan da təhdidə məruz qalır, Rusiyanın Ermənistanda artırdığı rus əsgəri və raketləri həm də Azərbaycanı təhdid edir. ABŞ Konqresi isə Azərbaycanı xilas qərarı vermək əvəzinə, onu Rusiya kimi sanksiyaya məruz qoymaq, Rusiyanın yanına itələmək siyasəti yürüdür. Əslində bu gün NATO Azərbaycanda baza qurmaq, bu gənc müstəqil dövləti xilas etmək üçün hərəkətə keçməliydi...

Başqa yandan da Avropa Şurası hədələyir. Deyəsən, proses bir mərkəzdən idarə olunur. Hədəfdə Azərbaycandır, özü də bu “snayper”x9dlər bizə təkcə Ermənistan, ya Qarabağdan tuşlanmayıb.Xilasımız milli birliyimizdədir. İqtidarlı-müxalifətli kimliyindən asılı olmayaraq öz məsuliyyətini dərk etməli, düşmənə bəhanə verəcək addımlara getməməlidir.xa0

Yeganə müttəfiqimiz Türkiyənin də başını qatıblar, ötən əsrin əvvəlindəki kimi, Azərbaycana sonadək kömək etməsin deyə. İndi hakimiyyət vaxtı deyil, indi Azərbaycan vaxtıdır...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO