Xətaidə maskalılar qadının əl-qolunu bağlayıb cinayət törətdilər

Xətaidə maskalılar qadının əl-qolunu bağlayıb cinayət törətdilər

Hazırda oxunan: Xətaidə maskalılar qadının əl-qolunu bağlayıb cinayət törətdilər

75816
Araşdırmalar aparılır.

Bakıda quldurluq hadisəsi baş verib. 

Moderator.az  xəbər verir ki, Lent.az-ın məlumatına görə, Xətai rayonu General Şıxlinski küçəsindəki bina evində yaşayan 1991-ci il təvəllüdlü Əliyeva Xatirə Adil qızı başına gələnlərlə bağlı polisə müraciət edib. 

24 yaşlı qadın bildirib ki, aprelin 20-də yaşadığı mənzildə tək olarkən bir otaqdan digərinə keçib. Bu zaman o, otaqda iki nəfər maskalı şəxs görüb. Həmin şəxslər dərhal X.Əliyevanı tapança ilə hədələyərək tutublar və əl-qolunu, eləcə də ağzını yapışqan lentlə bağlayıblar.
 
Şikayətçinin sözlərinə görə, maskalı şəxslər onu tapança ilə yanaşı elektroşok alətinə oxşayan cihazla da hədələyiblər və pulların yerini deməsini tələb ediblər. Onlar mənzildən ümumilikdə 15 min manat dəyəri olan qızıl əşyalar, 8 min dollar və 1500 manat nağd pulu götürərək uzaqlaşıblar.
 
Hazırda müraciət əsasında araşdırmalar aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO