Azərbaycanlı

Azərbaycanlı "ət kralı" Barat Əkbərov oğurlandı

Hazırda oxunan: Azərbaycanlı "ət kralı" Barat Əkbərov oğurlandı

67359
Rusiyada məşhur biznesmen oğurlanıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, "ət kralı" adlandırlan Barat Əkbərov Surqut şəhəridə qaçırılıb. 

Ət məhsullarının istehsalı ilə məşğul olan 49 yaşlı biznesmenin qaçırılması ilə bağlı artıq cinayət işi açılıb. 

Hadisə yanvarın 16-da baş verib. Belə ki, B.Əkbərov yaxınlarına zəng edərək evə gəldiyini deyib. Lakin nə qədər gözləsələr də o gəlməyib. 

İlkin məlumata görə, iş adamı maşınını həyətdə saxlayıb. Bu zaman ona bir necə nəfər naməlum şəxs hücum edib və "Moskviç-2141" markalı maşına salaraq aparıblar. 

Qeyd edilən maşının Azərbaycan vətəndaşına məxsus olduğu deyilir. Onun maşınının yaxınlığında qanlı papaq tapıblar. 

B.Əkbərovun peşəkar fəaliyyəti ilə bağlı ola biləcəyi istisna edilmir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO