Moskvada azərbaycanlı avtoritet həbs olunub

Moskvada azərbaycanlı avtoritet həbs olunub

Hazırda oxunan: Moskvada azərbaycanlı avtoritet həbs olunub

60865
Rusiyanın paytaxtı Moskva şəhərinin Lenin prospektindəki bilyard klublarından birində “Zayka” ləqəbli azərbaycanlının başçlıq etdiyi və 5 nəfərdən ibarət olan mütəşəkkil cinayətkar dəstə həbs olunub.

 
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunan “Zayka” ləqəbli 39 yaşlı azərbaycanlının başçlıq etdiyi dəstə Rusiyada biznes fəaliyyəti ilə məşğul olan həmyerlilərini oğurlamaqla və onları pul qarşılığında azad etməklə məşğul olub.  
Polislərin həbs etdkiləri dəstə üzvlərinin üzərindən odlu silah və xeyli sayda güllə götürülüb. “Zayka” azərbaycanlı biznesmen həmyerlisini oğurlayaraq azad edilməsi üçün 50 milyon rubl tələb etdiyinə görə həbs olunub. “Zayka” və onun cinayətkar dəstəsinin üzvləri tələb etdikləri pulun bir hissəsini aldıqdan sonra biznesmeni azadlığa buraxıblar. Bundan sonra kriminal avtoritet bilyard klubunda istirahət edərkən həbs olunub.  
Bundan başqa, “Zayka” və dəstəsindən zirehli geyimlər, saxta polis işçisi vəsiqələri və azərbacyanlı biznesmenlərdən oğurladıqları 2 xarici maşın aşkar olunub. Rusiya polisi faktla bağlı geniş araşdırma aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO