Bakıda müğənni kafenin müştərisini bıçaqladı - Video

Bakıda müğənni kafenin müştərisini bıçaqladı - Video

Hazırda oxunan: Bakıda müğənni kafenin müştərisini bıçaqladı - Video

58653

Z.Bünyadov prospektində yerləşən kafedə mügənni  Elçin Məmmədov müştərini bıçaqlayıb. Hadisə gecə saat 2 radələrində  qeydə alınıb.  Kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb: "Bunlar gələndə mən oxuyurdum. Söyüş söydülər, fikir vermədim".


 
Təqsirləndirilən şəxs onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnin çölə çağırdıqlarını deyib. Bildirdiyinə görə, həmin şəxslər kafedən kənarda da onu söyüb, təhqir ediblər. Bundan qəzəblənən Elçin Məmmədov  Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb: "Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim".
 


APA TV-nin xəbərinə görə, yaralını dostları xəstəxanaya çatdırıblar.


 
Faktla bağlı CM -nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO