Qazaxıstanda güclü yanğın: 2 ölü, 5 yaralı var - VİDEO

Qazaxıstanda güclü yanğın: 2 ölü, 5 yaralı var - VİDEO

Hazırda oxunan: Qazaxıstanda güclü yanğın: 2 ölü, 5 yaralı var - VİDEO
611266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindəki “Kazzinc MMC” qurğuşun əritmə zavodunda baş verən yanğının söndürülməsinə təxminən 80 nəfərlik şəxsi heyət və 18 ədəd texnika cəlb edilib.
Bizim.Media Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, elektroliz sexinin əritmə hissəsində tozyatırıcı qurğu partlayıb və ardınca yanğın baş verib.
 

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri təqribən 120 kvadratmetr sahəni əhatə edən yanğını tamamilə söndürüb, sexin konstruksiyalarının çökməsi isə 220 kvadratmetr sahəni əhatə edib.


Kinoloqlar dəstəsi, Fəlakətlər üzrə Tibb Mərkəzinin personalı, komanda-qərargah maşınları və Fövqəladə Hallar Nazirliyinin pilotsuz uçuş aparatı da yanğına müdaxiləyə cəlb olunub. Hadisə yerinə təcili yardım qrupu da göndərilib və hazırda dağıntılar təmizlənir.

Bundan əvvəl yayılan məlumatlarda yanğında iki nəfərin öldüyü bildirilib.

Texnogen qəza nəticəsində 5 nəfər xəsarət alıb, onlardan üçü tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO