Nehrəmdə gəncin öldürülməsinin TƏFƏRRÜATI - FOTO

Nehrəmdə gəncin öldürülməsinin TƏFƏRRÜATI - FOTO

Hazırda oxunan: Nehrəmdə gəncin öldürülməsinin TƏFƏRRÜATI - FOTO

584023
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dünən törədilən qətlin təfərrüatı məlum olub.
 
APA xəbər verir ki, 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsinə səbəb həmkəndlisi və həmyaşıdı Rəhman Süleymanovla aralarındakı dava və söyüş olub.
 
Belə ki, R.Süleymanovun çəkdiyi sosial videolara münasibət zamanı tərəflər arasında münaqişə yaranıb. Yaranmış münaqişə zamanı T.Abdullayev kəsici-deşici alətlə qətlə yetirilib.
 
Qətlə yetirilən Tuncay Abdullayev bu gün səhər Babək rayon Cəhri kəndində dəfn edilib.
 
Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO