Antikorrupsiya idarəsinin menyusuna 18 min manatlıq korrupsiya...

Antikorrupsiya idarəsinin menyusuna 18 min manatlıq korrupsiya...

Hazırda oxunan: Antikorrupsiya idarəsinin menyusuna 18 min manatlıq korrupsiya...

55956

Ölkə prezidenti İlham Əliyevin yerli icra hakimiyyəti başçıları və iş adamları ilə keçirdiyi son müşavirə və bu müşavirədə iş adamlarını incidən yerli məmurlara barmaq silkələməsi  hələ də ölkə gündəmində qalsa da, ancaq nədənsə bəzi məmurlar hələ də özlərini karlığa vuraraq işadamlarına qarşı mənfi münasibəti göstərməkdə davam edirlər. Bura əsasən müəyyən işadamlarının rayon və şəhərlərdə abadlıq və təmir-quruculuq işlərinə çəlbi zamanı görülən işlərin müqabilində, alacaqlarının verilməməsi daxildir.Sifarişçi müəssisə, işi içra edən şirkətlərə, podratçı təşkilatlara,briqadalara olan borclarını ödəməməklə süründürməçiliklərini həyata keçirirlər.


Rafiq Hacıyevin özbaşınalığı

Belə idarələrdən biri də Sumqayıt Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti İdarəsidir ki, Bakı şəhəri Nəsimi rayon Həsən 96 ünvanında yerləşən koperativ binada və binanın həyətində abadlıq işlərinin görülməsi ilə bağlı, məşhur şirkətdən iş alır. Bu sifariş əsasında işi qəbul edən Tikinti idarəsinin rəisi Rafiq Hacıyev işlərin həyata keçirilməsi ilə bağlı birqada şəkilində 
Abadlıq təmir olunması nəzərdə tutulan binaların ətrafında və insanların asudə vaxtinin səmərəli təşkili üçün nəzardə tutulan sahələrdə işin görülməsi üçün Bayramov Mehti və Əsgərov Cavanşiri  2013- fevrailın 2-də işə cəlb edir. Düzdür hər iki briqada rəhbəri ilə Rafiq Hacıyev bu və ya digər şəkildə müqavilə bağlamır. Ancaq Bayramov Mehti və Əsgərov Cavanşir 2013- fevrailın 2-dən  Sumqayıt Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti İdarəsinin rəisi Rafiq Hacıyevin tapşırığı əsasında birqadanı işə cəlb edirlər və Bayramov Mehti və Əsgərov Cavanşir 2013- fevrailın 2-dən başlayaraq 500 kv.m ətraf sahədə daş hasarın qoyulmasını və suvanma işini, 350 p/m yağıntı suların axıdılması llə bağlı kanalizasiya xətlərinin qurulmasını,4500 kv.m sahənin qazılmsı,gil qatının çıxarılması,yenidən şebel-iri qum və korbanatla üzlənərək-asfalt qatın vurulmasına hazırlanması,elektrik stansiyalarından binalara daxil olan-xətlərin çəkilməsi 400 P/m həcmində,binadan çıxış səkilərin hörülmsi və bərkidilməsi- 60 kv,m,kanalizasiya lükların çəkilişi və yenidən qurulması-yağış suları üçün 15 ədəd təzə lükların qurulması,1800 kv iki qat tolla sahənin üzlənməsi,həmin sahədə su axıntıları üçün beton örtüklərin tökülərək lükların hazırlanmasi 3 ədəd, həmin sahəyə tametin vurulması-1800 kv, qeyd olunan sahədə döşəmənin beton məhlulla hamarlanması 1800 kv.m, sakinlərin rahatlığının təmin olunması məqsədi ilə binanın həyətində üstü örtülü coxnəfərli oturacaqların (Besetka) 90 kv.m qurulması, su axını üçün əlavə turbaların çəkilməsi- 20 P/m, ikinci mərtəbəyə çıxış yolunun təzədən betonla hamarlanması və üzərinin izalateks məhlulu ilə üzlnməsi 180 kv,m, kubik daşla pilləkanlarin qoyulmasi-35 P/m, ətraf sahənin inşaat töküntülərindən təmizlənməsi 250 kub met və sarə işlərin görülməsi həyata keçirilir.
Bu görülən işlərin ümumi dəyəri isə 62 min mant təşkil edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti İdarəsi müdiri Rafiq Hacıyev görülən işin müqabilində iş adamlarından Mehti Bayramova və Cavanşir  Əsgərova 44 min manat vəsait ödəməlidir. Amma gəl gör ki, Rafiq Hacıyev 44 min manat vəsaitdən 26 min manat birqada şəkilində işi həyata keçirən iş adamlarına ödəmiş olsa da, yerdə qalan 18 min manat vəsiti ödəməkdən boyun qaçırır. Hər gün Rafiq Əliyevin idarəsinə gedərək pullarını tələb edən iş adamlarına isə bircə söz deyilir “ Pulu almamışam, pulu indi verə bilmərəm”.

Sifarişçi şirkət Rafiq Hacıyevə ümumilikdə görüləcək işlərin pulun tamamilə ödəyib.

Görülən işlərin həyata keçirilməsində birqada şəkildən işi icra etmiş iş adamı Cavanşir Əsgərov bununla bağlı bildirdi ki, adını açıqlamaq istəmədiyi sifarişçi şirkətin rəhbəri ilə görüşüblər və şirkət rəhbəri koperativ binada və həyətində görülməsi nzərdə tutulan işlərlə bağlı nəzərdə tutulan vəsaiti Rafiq Hacıyevə verib. Rafiq Hacıyev ona bu işi sifariş edən iş adamı ilə görüşə gedən iş adamlarının nə qədər ciddi olduğunu gördükdə isə “Onsuz da bunlar pulu ödəyiblər,nahaq yerə gedirsiniz ora”-deyə başlayib deyinməyə.İşi sifariş edən koperativ sahibi də bildirib ki, qeyd olunan işlərin görülməsi ün o pulunu ödəyib. Məsuliyyət Rafiq Hacıyevindi və o görülən işlərdə iştirak edən iş adamlarının pulunu ödəməlidir.

Maraqlıdır ki, pul ödənilsə də iş adamalrına bu pul çatmayib.O zaman ortaya çıxan tək bir gerçək qalır ki, Rafiq Hacıyev verilən pulları özü təkbaşına saf-çürük edib. Bu gün də min zəhməh hesabına iş yekunlaşdıran iş adamlarını get-gələ salaraq onları aldatmaqla məşuldur. Bun adı dələduzluq olmaqla bərabər. eyni zamanda insanların çörəyi ilə oynamaqdır. Rafiq Hacıyev görünür haram çörək yeməyin yolunu tutub və bu gün 18 min manat borclu olduğu insanların pulunu verməməklə, haramzadalığa üstünlük verir.
Cavanşir Əsgərov Mehti Bayramov bununla bağlı onu da əlavə etdilər ki,əgər tez bir zamanda Rafiq Hacıyev onlara çatacaq vəsaiti vermədikdə, məcburən ölkə prezidentinə, Korrupsiya qarşı Mübarizə İdarəsinə və Respublikanın Baş Prakroruna müvafiq qaydada müraciət edəcəklər.

Qarşı tərəfində mövqeini dərc etməyə hazırıq.

Vətəninfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO