Ələtdə kütləvi dava:  3 sərhədçi kursant qovuldu

Ələtdə kütləvi dava: 3 sərhədçi kursant qovuldu

Hazırda oxunan: Ələtdə kütləvi dava: 3 sərhədçi kursant qovuldu

52702
Moderator.az Axar.az-a istinadən xəbər verir ki, bir həftə əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının 4-cü kurs tələbələri Ələt qəsəbəsində təlimə göndəriliblər.
 
Təlim keçirilən yerdə sərhədçi kursantlarla yeməkxana işçiləri arasında söyüş üstündə mübahisə düşüb və kütləvi dava olub.
 
Xəbərdə deyilir ki, yeməkxananın şüşələri sındırılıb, hadisə yerinə polis çağırılıb, daha sonra prokurorluğa məlumat verilib.
 
Mənbə deyir ki, hərbi hissə komandirinin əmri ilə kütləvi davada yalnız 3 kursanta üç günlük inzibati həbs cəzası verilib. Onlar həbsdən çıxandan sonra sərhəd qoşunları sıralarından azad olunublar. Həmin kursantların adları açıqlanmır.
 
Məsələ ilə bağlı açıqlama aldığımız Qaradağ Rayon Polis İdarəsindən faktı təsdiqlədilər. Lakin bununla bağlı məlumat verə bilməyəcəklərini bildirdilər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO