
- A-
- A
- A+
İsrailin hücumları: son sutkada daha 24 livanlı həlak oldu
İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubundakı Nəbatiyə, Sayda və Tir şəhərlərinin ətraf ərazilərinə zərbələr endirib. Zərbələr nəticəsində sutka ərzində 24 nəfər ölüb, 116 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi “X” sosial media hesabında məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan vətəndaşların ümumi sayı 3 637-yə yüksəlib, yaralıların sayı isə 11 188 nəfərdir", - deyə nazirliyin hesabatında qeyd olunub.
Səhiyyə Nazirliyindən bildirildiyinə görə, günün ikinci yarısında İsrailə məxsus pilotsuz uçuş aparatı Tir şəhərinin ətrafında Livan Qırmızı Xaç Cəmiyyətinin təcili tibbi yardım maşınına zərbə endirib, nəticədə dörd sanitar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































