İran uçuşlara qoyulan bütün məhdudiyyətləri LƏĞV ETDİ

İran uçuşlara qoyulan bütün məhdudiyyətləri LƏĞV ETDİ

Hazırda oxunan: İran uçuşlara qoyulan bütün məhdudiyyətləri LƏĞV ETDİ

618055

İran rəhbərliyi ölkənin hava məkanında tətbiq edilmiş bütün uçuş məhdudiyyətlərini ləğv edib.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

"Təhlükəsiz şərait yaradıldıqdan və aidiyyəti qurumlarla lazımi razılaşmalar aparıldıqdan sonra uçuş məhdudiyyətləri ləğv edilib. Ölkənin aviasiya fəaliyyəti plana uyğun olaraq tədricən normal iş rejiminə qayıdır", - deyə bəyanatda bildirilib.
 

İyunun 7-də axşam saatlarında İran, İsrailin Livandakı hərəkətlərinə cavab olaraq yəhudi dövlətinin şimal rayonlarına raket zərbələri endirib. Tehran daha əvvəl xəbərdarlıq etmişdi ki, Livanın paytaxtına hücumlar ediləcəyi təqdirdə İsrailə zərbə vuracaq.


İyunun 8-nə keçən gecə yəhudi dövləti İrana cavab zərbəsi endirib və hədəfin ölkənin qərb və mərkəzi rayonlarındakı hərbi obyektlər olduğu bildirilib.

Hücum nəticəsində Xuzistan əyalətindəki neft-kimya müəssisəsinin ərazisindəki obyektlərə ziyan dəyib. Səhər saatlarında isə İslam Respublikası İsrailin hücumuna cavab olaraq onun ərazisini yenidən atəşə tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO