Türkiyədən ETİRAF: Ermənistanla sərhədin açılmasında irəliləyiş yoxdur

Türkiyədən ETİRAF: Ermənistanla sərhədin açılmasında irəliləyiş yoxdur

Hazırda oxunan: Türkiyədən ETİRAF: Ermənistanla sərhədin açılmasında irəliləyiş yoxdur
618077
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"RİA Novosti": Ermənistan və Türkiyə arasında sərhədin açılma tarixi razılaşdırılmayıb
Türkiyə-Ermənistan sərhədinin açılması üçün konkret müddətlər hələlik razılaşdırılmayıb.

Bizim.Media xəbər verir ki, bunu "RİA Novosti"yə Türkiyə hökumətindəki mənbə bildirib.

Agentliyin həmsöhbəti əlavə edib ki, bu istiqamətdə növbəti irəliləyiş ikitərəfli münasibətlərin normallaşmasının necə irəliləyəcəyindən asılıdır.
 

Onun sözlərinə görə, Ankara Ermənistandakı parlament seçkilərindən sonra regional sabitliyi və Cənubi Qafqazda "mehriban qonşuluq münasibətlərini" gücləndirmək üçün Yerevanla konstruktiv dialoqu davam etdirəcəyinə ümid edir.


Ermənistan-Türkiyə sərhədi 1993-cü ildən bəri bağlı qalıdır və ölkələr arasında diplomatik münasibətlər yoxdur. Onların normallaşması prosesinə 2022-ci ildə Moskvada, hər iki tərəfdən xüsusi nümayəndələrin — Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan və Türkiyənin ABŞ-dəki keçmiş səfiri Sərdar Kılıçın görüşü ilə start verilib.

2022-ci ilin iyulunda Ankara və İrəvanın nümayəndə heyətləri Vyanada görüşərək, quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahiblərinin keçidi üçün açılması prosesini maksimum dərəcədə sürətləndirmək barədə razılığa gəliblər. Lakin bu razılaşma indiyədək reallaşdırılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO