Məktəb direktoru özünü kitabxanada asdı - QUBADA

Məktəb direktoru özünü kitabxanada asdı - QUBADA

Hazırda oxunan: Məktəb direktoru özünü kitabxanada asdı - QUBADA

31376
Qubada intihar hadisəsi baş verib. Rayonun Muçu kənd sakini Əliağa Eyvazov bu gün səhər özünü asıb. 

Moderator.az Aznews.az-a istinadən xəbər verir ki, Ə.Eyvazov Qubada kənd məktəbinin direktorudur. O məktəbin kitabxanasında özünü asıb. İntiharın səbəbi hələlik məlum deyil. 

Quba rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Polis baş leytenantı Anar Cəfərov AzNews.az-a açıqlamasında bildirib ki, məktəb direktoru son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkirmiş: “Prokurorluğun müstəntiqi ilə də danışdım. Mərhumun üzərində hər hansı xəsarət, ya da zorakılıq əlaməti yoxdur. Eyvazov intihar edib. İntiharla bağlı ilkin ehtimalımız isə onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkməsidir. Bu səbəbdən o özünü asıb”. 

İntiharın səbəbləri rayon Prokurorluğunda araşdırılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO