Minik maşını traktorla toqquşdu:  ölən və yaralanan var

Minik maşını traktorla toqquşdu: ölən və yaralanan var

Hazırda oxunan: Minik maşını traktorla toqquşdu: ölən və yaralanan var

31221
Bakıda minik maşını traktorla toqquşub.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 25-də saat 22.45 radələrində Suraxanı rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Seyidəli Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşını yolu kənarında dayanan üzərində dövlət qeydiyyat nişanları olmayan traktora vurub. Nəticədə sürücünün həyat yoldaşı Rəhiməxanım hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO