Rəmişin oğlu vəfat etdi

Rəmişin oğlu vəfat etdi

Hazırda oxunan: Rəmişin oğlu vəfat etdi

30965

Məşhur gitara ustası Rəmişin oğlu Hüseyn Hüseynov rəhmətə gedib.

“Qafqazinfo”nun məlumatına görə, Rəmişin ikinci həyat yoldaşı Arzu xanımdan olan oğlu Hüseyn (“Quska” adıyla tanınır) 8 il əvvəl Rusiyada məhkum olunmuşdu və cəzaçəkmə müəssisələrindən birində həbs həyatı yaşayırdı. “Narkotik” ittihamı ilə həbs olunan Hüseyn RF qanunvericiliyinə əsasən, 9 il həbs cəzasına layiq görülmüşdü. 

H.Hüseynovun meyiti artıq ölkəyə gətirilib və doğulduğu Yevlax şəhərinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Arzu xanımla qeyri-rəsmi evlilik həyatı sürən və 5 il Yevlaxda, Cahangir Kərimov küçəsində yaşayan Rəmişin tərcümeyi-halında oğul atası olduğu barədə heç bir məlumat yoxdur. Rəmişin özü də efirlərdəki açıqlamalarında heç vaxt oğlunun adını çəkməyib və bu da 5 il birgə yaşadığı Vahidovlar ailəsinin narazılığına səbəb olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO